CƏMİYYƏT


Nəvə öz nənəsinin evindən oğurluq edib

Bakı şəhər sakini olan bir qadın Xəzər Rayon Polis İdarəsinə müraciət edərək Türkan qəsəbəsində yerləşən evindən naməlum şəraitdə 2500 manat və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin ev sahibinin nəvəsi Bakı şəhər sakini Nurlan Nadirov tərəfindən törədildiyi müəyyən olunub.