CƏMİYYƏT


Şabranda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinini saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəllər də məhkum olunmuş Murad Məmmədov cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oğurluq edib.