CƏMİYYƏT


Narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli qadın saxlanılıb

Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.