CƏMİYYƏT


Yoko Hirose: Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək

Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək. Bunu AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokionun “Akaşi” nəşriyyatı tərəfindən çap olunan “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitabının redaktoru, Keyo Universitetinin professoru xanım Yoko Hirose deyib.