Səhiyyədə ilk: Azərbaycanlı professorun riskli əməliyyatı nəticəsində körpə dünyaya gəldi
31.08.2018 [14:55]
Bu körpə Azərbaycanlı professorun ilk dəfə tətbiq etdiyi riskli əməliyyat nəticəsində dünyaya göz açıb. 5 ildir körpəsini 16-cı həftəsində itirən bu ana son ümid yeri kimi Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunun birinci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazova üz tutub. Həkim isə bir ilkə imza ataraq pasiyentin qarın boşluğundan uşaqlıq boyuna cərrahi müdaxilə edib və beləliklə dölün xaric olmasının qarşısı alınıb.