CƏMİYYƏT


Çətənə kolları becərən Şabran sakinləri saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 29-da Şabran şəhər sakini Zakir Məmmədov narkotik maddələrin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinərək saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı həyətyanı sahədən dibçəklərlə yaş çəkisi 500 qram olan 4 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.