CƏMİYYƏT


Taksi sürücüsünü bıçaqla qarət edən şəxslər tutulub

Avqusutun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ə.Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Qala qəsəbəsinə gedəcəklərini bildirib. Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alıb hadisə yerini tərk ediblər. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb.