CƏMİYYƏT


Qanunsuz yolla ölkəyə gətirilən külli miqdarda xəz geyim aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn yükü qarşılayan Azərbaycan vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır