CƏMİYYƏT


Qusarda vətəndaşlara 100 min manata yaxın ziyan vuran cinayətkar dəstə saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda cinayət törədən 10 nəfərdən ibarət cinayətkar qrupun üzvlərini saxlayıb. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin qrup tərəfindən 2015-ci ildən hazırkı dövrədək rayon ərazisində 17 oğurluq və 1 quldurluq hadisəsi törədilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır