CƏMİYYƏT


Saatlıda 190 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb. Onun rayonun Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.