CƏMİYYƏT
Bakıda sürücü və piyadalara qarşı reyd keçirilib
15.09.2018 [15:01]
Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi idarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə metrostansiya yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
20.03.2023 [19:10]
07.03.2023 [17:05]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
22.03.2023 [02:45]