CƏMİYYƏT


Neftçalada qadının evindən oğurluq edən şəxs yaxalanıb

Neftçala rayonu Bankə qəsəbə sakini olan bir qadın evdə olmadığı müddətdə mənzilindən kompüter və məişət əşyaları, habelə 2000 manat pulunun oğurlanması barədə polisə məlumat verib. Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Şəhriyar Nəhmətov saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır