CƏMİYYƏT


Xətai rayonunda çay evində baş verən yanğın söndürülüb

Xətai rayonunda yerləşən çay evində baş verən yanğın söndürülüb. AZƏRTAC xəbər verir ki, yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb. Hazırda müvafiq qurumlar tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. ​