CƏMİYYƏT


Bakıda yaşlı qadına xəsarət yetirərək boyunbağısını ələ keçirən şəxslər tutulub

Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər. DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar.