CƏMİYYƏT


Nardaranda qanunsuz silah saxlayan şəxslər tutulub

Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb.