CƏMİYYƏT


Gəncədə Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı keçirilib

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 800-ə yaxın ən fəal gənci iştirak edib.