CƏMİYYƏT


Xızıda gəmidən oğurluq edən dəstə üzvləri saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin aprel ayında Xızı RPŞ-nə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus “Rusbot-85K” tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub. Polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırmalarla gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 min manat məbləğində qiymətləndirilən 2 ədəd “Merkuri-200” markalı əsas və ehtiyat mühərrikləri, akkumlyator və uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.