CƏMİYYƏT


Hövsanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

DİN-dən verilən məlumata görə, daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır