CƏMİYYƏT


Sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq soyğunçuluq törədən şəxs yaxalanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin “102 - Zəng Mərkəzi”nə müraciət edən qadın sakin avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20 min manat dəyərində qızıl əşyalarını aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.