CƏMİYYƏT


Milli Onkologiya Mərkəzində ll Bakı Endoskopik Forumu keçirilib

Oktyabrın 6-da Milli Onkologiya Mərkəzində (MOM) erkən diaqnostika və az invaziv müalicə metodları sahəsində ixtisaslaşmış dünya şöhrətli “Olympus” konserni ilə birgə ll Bakı Endoskopik Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahlar və pediatrları iştirak ediblər.