CƏMİYYƏT


Bakıda istixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb. Onun Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 çətənə kolu aşkarlanaraq götürülüb.