CƏMİYYƏT


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, universitetin rektoru Pyotr Qlıboçkoya təbrik məktubunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən yubiley gecəsində təqdim edib.