CƏMİYYƏT


Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat vasitələrində insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb. Araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır