CƏMİYYƏT


Nazirlik: Aktivlik qalıb, lakin sürüşmə kütləsində ciddi dəyişiklik olmayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00-a olan məlumata əsasən sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır