CƏMİYYƏT


Dünya Qida Günü ilə əlaqədar maarifləndirici videoçarx hazırlanıb

Hər il oktyabrın 16-sı Dünya Qida Günü kimi qeyd edilir. Bu gün münasibətilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. AZƏRTAC xəbər verir ki, agentlik vətəndaşların Dünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədilə videoçarx təqdim edib.