CƏMİYYƏT


Bakıda aptekdə əczaçını bıçaqla hədələyərək kassadan pul götürən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun M.Həsənov küçəsində apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından iki min manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.