CƏMİYYƏT


Xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara dəstək: “Saçım saçın olsun”

“Saçım saçın olsun” adlı beynəlxalq layihəni Azərbaycanda davam etdirən gənc xanım Sevinc Məmmədova xərçəng xəstəliyinə görə saçlarını itirən xanımlara təbii saçlardan parik hazırlatdırır. Uzun saçlı xanımlar öz saçlarını bağışlamaqla bu layihəyə dəstək olur. Xərçəngdən əziyyət çəkən 4 xanım artıq təbii pariklə təmin edilib.