CƏMİYYƏT


Gömrükçülər İrandan külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıblar

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib. Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi "VAZ 21074" markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranını İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib.