CƏMİYYƏT


Bakıda avtomobil oğruları tutulub

DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır