CƏMİYYƏT


Narkotik vasitəni satmaq istəyən 2 nəfər cinayət başında saxlanılıb

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.