CƏMİYYƏT


Paytaxt sakininin mobil telefonunu quldurluq yolu ilə alan şəxs saxlanılıb

Paytaxt sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.