CƏMİYYƏT


Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub

Dünyanın tanınmış robotu Sofiya “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. O, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu söyləyib.