CƏMİYYƏT


Qubanın Utuq kəndində rabitə və genişzolaqlı internet xidmətləri göstərilir

Qubanın rayon mərkəzindən 80 kilometr məsafədə dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Utuq kəndi telefonlaşdırılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çətin coğrafi relyefdə yerləşən kəndin telefonlaşdırılması üçün “Aztelekom” MMC tərəfindən rayon mərkəzindən 50 kilometr məsafədə yerləşən Qonaqkənd kəndindəki elektron ATS-dən dağ və dərələrdən keçməklə, 20 kilometr fiber-optik kabellər çəkilərək Xaltan kəndində yeni EATS quraşdırılıb.