CƏMİYYƏT


Pekində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin media nümayəndələrinin toplantısı keçirilir

Pekində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin aparıcı media qurumlarının nümayəndələrinin toplantısı keçirilir. AZƏRTAC xəbər verir ki, toplantı çərçivəsində media nümayəndələri ilə bir sıra görüşlər də keçirilib. ŞƏT ölkələrinin KİV nümayəndələri Çin Xalq Respublikası Dövlət Şurasının Mətbuat Departamentində və Xarici İşlər Nazirliyində olublar.