CƏMİYYƏT


Vaşinqtonda Azərbaycanın minatəmizləmə sahəsində nailiyyətləri vurğulanıb

ANAMA-nın minaaxtaran itlər qrupu ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilib. İnstitutun münsiflər heyəti ANAMA-nın namizədi Vahid Məmmədovu və onun “Esgimo” adlı itini Azərbaycanda minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə bu mükafata layiq görüb.