CƏMİYYƏT


Düşmənin bir neçə yüz metrliyindəki Qapanlıdan REPORTAJ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə demək olar ki, düşmən atəşinə tuş gəlməyən ev qalmayıb. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.