CƏMİYYƏT


“Böyük Dərbənd ensiklopediyası”nın təqdimatı olub

Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.