CƏMİYYƏT


“ASAN xidmət”ə 25 milyonuncu müraciət qeydə alınıb

Bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. 25 milyonuncu müraciətin sahibi kimi B.Rzayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyə təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır