CƏMİYYƏT


Payız-qış aylarında depressiya: İki həftədən çox davam edərsə mütəxəssisə müraciət edin

Payız-qış aylarında insanlar özlərində enerji azalması, yuxu pozuntuları, maraqların azalması kimi simptomlar hiss edirlərsə və bu bir-iki gün yox, iki həftəyə qədər davam edirsə məsləhət görürük ki, mütəxxəsisə müraciət etsinlər. Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib.