CƏMİYYƏT


İrandan heroin gətirən şəxs saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, içərisində 1 kiloqram 100 qram çəkidə heroin aşkarlanaraq götürülüb.