CƏMİYYƏT


Paytaxtın Şeyx Şamil küçəsində ağac aşıb

Noyabrın 10-da paytaxtın Səbail rayonu ərazisində - Şeyx Şamil küçəsində yol kənarındakı ağaclardan biri aşıb. AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ağacın aşması nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.