CƏMİYYƏT


Kartof yükünün içərisindən külli miqdarda pirotexniki vasitə aşkarlandı

Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitə aşkar edilib.