CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsən rayonunun Quşçu qəsəbəsində beş nəfərin ölümünə səbəb olan yanğınla bağlı məlumat yayıb. Hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.