CƏMİYYƏT


Qubada avtoxuliqanlıq edən gənclər saxlanılıb

Polis əməkdaşları tərəfindən saxlanılan Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratdıqları, öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək, bu mövzuda müvafiq paylaşımlar etdikləri müəyyənləşib. Daha sonra həmin gənclər şəhərin küçə və yollarında avtoxuliqanlıq hərəkətləri ediblər.