CƏMİYYƏT


Reyhan Camalova dünyanın ən nüfuzlu 100 qadın siyahısına daxil edilib

BBC media şirkəti dünyanın ən nüfuzlu 100 qadın siyahısını tərtib edib. Siyahıda gənc azərbaycanlı ixtiraçı Reyhan Camalova da var. O, 2017-ci ildə yağış suyundan enerji əldə etmək üçün Reynenerci qurğusunu ixtira edib. Reyhan Camalova bu il həm də Forbes jurnalının 30 gənc siyahısına düşüb. BBC-nin tərtib etdiyi siyahıda müxtəlif sahələrdə bacarıqları ilə tanınan 60 ölkədən 15-94 yaş arası qadınlar yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır