CƏMİYYƏT


Şimal bölgəsinin məktəbliləri qədim Şəkinin tarixi məkanları ilə tanış olublar

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Quba, Qusar, Şabran, Xaçmaz və Xızı rayonlarının məktəblilərindən ibarət qruplar şimal-qərb bölgəsinə noyabrın 19-da Şəki şəhərinə gəliblər.