CƏMİYYƏT


Məktəblilərin şimal bölgəsi ilə tanışlığı Xaçmaz şəhərində başa çatıb

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 400-dən çox şagirdin şimal bölgəsi ilə tanışlığı Xaçmaz şəhərində başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Yevlax məktəblərinin şagirdləri ekskursiyanın sonuncu günü muzeylər və parklar şəhəri adlanan Xaçmazın görməli yerləri ilə tanış olublar.