CƏMİYYƏT


Qusarda "Yaddan çıxmaz Qarabağ" mövzusunda konfrans keçirilib

Qusar rayon Heydər Əliyev Mərkəzində "Yaddan çıxmaz Qarabağ" mövzusunda keçirilən elmi-praktik konfransın iştirakçıları Qarabağa virtual səyahət edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə Əməkdar mədəniyyət işçisi Fatimə Ağamirzəyevanın təqdimatında Qarabağ bölgəsinə aid "Xan tirməsi", "Nəlbəki gül", "Yaz çiçəkləri", "Malıbəyli", "Vərni" xalçaları nümayiş olunub.