CƏMİYYƏT


Siyəzəndə baş verən qəzada 4 nəfər ağır xəsarət alıb

Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 10 AR 424 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.