CƏMİYYƏT


Balaxanı qəsəbəsində silsilə oğurluqlar edən şəxs saxlanılıb

Balaxanı qəsəbəsinin qadın sakini Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq törədərək çantasını ələ keçirməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb.